Səttar Bəhlulzadənin karikaturaları

Xəbərin çap versiyası
Tarix: 22-01-2016, 19:23    |    Xəbər oxunub: 590 dəfə
Səttar Bəhlulzadənin karikaturaları Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, S.Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanaraq çap edilib.

Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Kataloqda rəssamın çəkdiyi 50-yə yaxın karikatura çap olunub, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, cəmiyyətdə mövcud olan əyrintilərlə Səttarın mübarizə apamaq əzmində olduğunu nümayiş etdirir.

Bu yaxınlarda rəssamlar, sənətşünaslar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə kataloqun təqdimat mərasimi keçiriləcək.

(Qafqazinfo)

AFN.az


Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru










Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
loading...
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz