Rusiyanın Dəməşqdəki səfirliyi bombalandı


Rusiyanin Dəməşqdəki səfirliyinə iki raket düşüb.

AFN.az xəbəri “Əl-Ərəbiyə”yə istinadən yazır. Suriyalı xəbər mənbələrinə görə? 300 nəfərə yaxın suriyalı əllərində Putinin şəkilləriylə birgə səfirlik önünə toplaşıb. Onlar Rusiyaya Suriya xalqına kömək etdiyi üçün təşəkkür edib. Bu vaxt binaya iki raket düşüb. Raketlərin Suriyanın şərq hissəsindən atıldığı güman edilir. Həmin ərazidə isə islamçı qruplar mövcuddur. Ölən və yaralananlar haqqında məlumat hələ ki, yoxdur.
Qeyd edək ki, analoji hal sentyabr ayının 21-də də baş vermişdi. Həmin vaxt partlayışdan səfirlik binasının divarları zədələnmişdi.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu