Milyarder 3,7 milyard dollar rüşvətə görə həbs olundu


Latın Amerikasının ən iri investisiya bankı “BTG Pactual”ın başçısı, braziliyalı milyarder Andre Esteves “Petrobras SA” dövlət neft korporasiyası ətrafında baş verən korrupsiya qalmaqalı çərçivəsində Rio-de-Janeyroda həbs edilib.

AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, bu, “Petroleo Brasileiro SA” neft nəhəngi və tikinti kompaniyalarının cəlb olunduğu korrupsiya sxeminin təhqiqatının başladığı 2014-cü ildən bəri ən səs-küylü həbsdir.

Mühəndis-tikinti şirkətlərinin müqavilə əvəzində “Petrobras” rəhbərliyinə ümumilikdə 3,7 milyard dollaradək rüşvət verdiyi güman olunur. Bu vəsait eyni zamanda siyasətçilərin və dövlət məmurlarının ələ alınmasına sərf edilib.

Hökumət artıq “Petrobras”ın keçmiş top-menecerlərinin, Braziliyanın iri tikinti şirkətlərinin, həmçinin ölkə hökumətinin bəzi üzvlərinin də daxil olduğu 100-dən çox şəxsi həbs edib. Hakim partiyanın senatdakı lideri Delsidio Amaral da tutulanlar arasındadır. Polisin mətbuat xidməti təhqiqatın detalları haqda məlumat verməkdən imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu