Suriyada bombalanan tırlar Türkiyəyə məxsus deyil


Suriyada bombalanan tırlar Türkiyəyə məxsus deyil.

Bu açıqlamanı Reuters-ə ilə Suriyaya yardımın təşkilatçısı olan İnsan Hak ve Hürriyetleri İnsani Yardım Vakfının (İHH) rəhbəri Yavuz Dede verib. Qurum yetkilisi bölgədə olan bütün heyətlə əlaqə saxladıqlarını, vurulan tırların onlara məxsus olmadığını aydınlaşdırdıqlarını deyib: "Bizim heyətin yaxınlığında yerləşən ticari tırlar bombalanıb. Bizimkilər də yardıma gedib, yanğını söndürməyə köməklik göstəriblər. Onların maşınlarını ərazidə görən bəzi şəxslər bombalanan tırların bizimki olduğunu düşünüblər."
Hürriyet qəzetinin məlumatına görə, vurulan tırlar Suriyaya məxsus ticari tırlardır. Onlar Türkiyə sərhədindən mal alaraq, ölkənin içərilərinə daşıyırmışlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu