Əli Laricani İran parlamentinin sədri seçildi


İran parlamentinin sədri Əli Laricani seçilib.

O, 173 deputatın səsini qazanmaqla 10-cu çağırış parlamentin sədri vəzifəsini tutub. Onun rəqibi olan islahatçılar birliyinin lideri Mohammad Reza Arif isə 103 səs toplayıb.

İran parlamenti yeni tərkibdə bu gündən fəaliyyətə başlayıb. Bununla əlaqədar keçirilən rəsmi mərasimdə ölkə prezidenti Həsən Ruhani, hökumət nümayəndələri və digər rəsmilər iştirak edib. Məclisdə Ayətullah Xameneinin müraciəti oxunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu