Savçenko Putinə təşəkkür etmədi


Ukraynanın Milli Qəhrəmanı, bu yaxınlarda həbsdən azadlığa buraxılan pilot Nadejda Savçenko Rusiya prezidenti Vladimir Putinə onu əfv etdiyinə görə təşəkkür etməkdən imtina edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Savçenko Putinə təşəkkür etməməsini belə əsaslandırıb:

“Mən azadlığa çıxdığıma görə, Putinə təşəkkür etməyəcəm. Azadlığımı o, əlimdən almışdı. Putin məni həbsdə buraxmaqla öz səhvini düzəltdi”.

Qeyd edək ki, Nadejda Savçenko 2014-cü ildə Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə ittiham edilərək 22 il azadlıqdan məhrum edilmişdi.

Ukrayna prezidenti Poroşenko tərəfindən Milli Qəhrəman adı verilən Savçenko mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə həbsdən azad edilib və ölkəsinə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu