Nazir huşunu itirən əsgərə belə yardım etdi-VİDEO


Türkiyədə 65-ci hökumətə etimadla bağlı keçirilən səsvermədə lazımı səsləri toplayan Ədalət və İnkişaf Partiyasının nümayəndələri iclasdan sonra cumhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıtkabir”i ziyarət edərkən əsgərlərdən huşunu itirib.

Huşunu itirən əsgərə ilk tibbi yardımı Səhiyyə Naziri Rəcəb Ağdağ göstərib. Yıxılan əsgərlə bağlı qısa bir açıqlama verən baş nazir Binəli Yıldırım “Ayaq üstə dayandığı üçün təzyiqi düşüb. Amma Allaha şükür ki, özünü topladı. Səhiyyə Nazirimiz də hər zaman hazır vəziyyətdədir” sözlərini deyib.

[media=https://www.youtube.com/watch?v=b2GbTEnwTkQ]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu