Krımda tatar qadın zorlanaraq öldürüldü


Krımda tatar qadın zorlanaraq öldürülüb. Bu barədə özünün facebook səhifəsində Krım Tatarları Məclisinin sədri Rüfət Çubarov məlumat verib.

Çubarovun sözlərinə görə, Krımın İslam-Terek rayonunun İzyumovka kəndinin sakini Möminə Əliyeva adlı qadın Köhnə Krım (Starıy Krım) adlı ərazidə zorlanaraq öldürülüb. Qadının qardaşlarının sayəsində cinyatkarların izi tapılıb və onlar həbs olunublar.

Qeyd edək ki, bu, Krımın işğalından sonra yerli türk-tatarlara qarşı törədilən ilk cinayət deyil. Krım saxta referendumla Rusiya Federasiyasına birləşdirildikdən sonra yerli türk-tatarlar siyasi, sosial və etnik zəmində tez-tez təqiblərə məruz qalırlar. Krım tatarlarının siyasi təşkilatı sayılan Məclis isə Rusiya hakimiyyət orqanları tərəfindən ləğv edilib.(musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu