Putindən Avropaya xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"


Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyada keçirilən referendumun nəticələrinə münasibət bildirib.

Putin Böyük Britaniyanın Avropa İttifaqının üzvlüyündən çıxmasının bazarlara ciddi təsir edəcəyini, lakin ortamüddəti perspektivdə vəziyyətin düzələcəyini vurğulayıb.

“Bunun fəsadları ciddi və qlobal xarakter daşıyacaq. Təkrar edirəm: bunlar qaçılmazdır. Bu fəsadlar həm müsbət, həm də mənfi olacaq. Təbii ki, ortamüddətli perspektivdə hər şey bərpa olunacaq. Burada daha çox müsbət və ya mənfinin olacağını isə həyat, təcrübə göstərəcək. Çalışacağıq ki, Rusiyaya təsiri minimuma endirək”.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumun yekun nəticələri elan edilib. Yekun nəticələrə əsasən, `Brexit`in lehinə 51,9 faiz səs verilib.

“Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - rəsmi məlumatda qeyd edilib. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu