Dünyanın nəhəng şirkətləri Britaniyadakı ofislərini bağlayır


İngiltərənin Avropa İttifaqından ayrılma qərarından sonra dünyaca məşhur şirkətlər İngiltərədən köçmə qərarı alıb.

İngiltərədəki referendumun ardından Cənubi Koreyanın avtomobil təkəri istehsalçısı “Hankook Tire Wordwide” istehsalat zavodlarını İngiltərədən köçürməyi düşündüklərini bildirib.

Yapon avtomobil ehtiyat hissələri istehsalçısı “Exedy”-dən də oxşar bir açıqlama gəlib.

Şirkət mərkəzlərinin Dumanlı Albiondan qitə Avropasına köçürəcəklərini açıqlayıb.

Fransanın böyük reklam şirkəti “Publics Groupe” isə İngiltərədə artıq sərmayə qoymayacaqlarını bildirib.

Londonda 16 min işçisi olan JPMorgan Chase, Morgan Stanley və HSBC kimi banklar da hissələrinin Frankfurt kimi Avropa şəhərlərinə köçürərək, İngiltərədəki iş gücünü dörddə bir nisbətində azaltmağı planlaşdırır.

“Vodafone” mobil rabitə nəhənginin də Londondakı mərkəzlərini köçürməyi düşündüyü iddia edilir.

ABŞ-lı “Bloomberg” holdinqi isə İngiltərədəki investisiyalarını yenidən gözdən keçirəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu