PKK-nın növbəti terroru- 5 əsgər şəhid oldu


Türkiyənin Hakkari vilayətində PKK terrorçuları yolda yoxlama aparan təhlükəsizlik qüvvələrinə hücum edib. Hadisə nəticəsində 5 əsgər şəhid olub, 8 nəfər yaralanıb.

AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçular əsgərlərə iriçaplı silahlardan atəş açıblar.

Yaralı əsgərlər xəstəxanalara aparılıb. Əraziyə çoxlu sayda zirehli texnika göndərilib.

Bölgədə əməliyyat davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu