ABŞ rəsmiləri Fətullah Gülənin ölkədən qaçması ilə bağlı sualları cavabsız qoyub


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Fətullah Gülənin ekstradisiyasını tələb edən sənədin rəsmi Ankaradan Vaşinqtona daxil olduğunu təsdiqləyib.


APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda ABŞ-ın Ədliyyə Nazirliyisənədi öyrənir: "Esktradisiya məsələsinə hüquqi müstəvidə baxılır və biz bu prosesə hörmətlə yanaşacağıq".

Bununla yanaşı, qurum rəsmisi bildirib ki, hazırda F. Gülənin Türkiyəyə ekstradisiyası məsələsi ilə bağlı "hadisələr hər hansı istiqamətdə inkişaf etmir".

C. Kirbi F. Gülənin ABŞ-dan qaçması ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib: "Bu məsələ Dövlət Departamentinin deyil, Ədliyyə Nazirliyivə hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bundan başqa heç nə deyə bilmərəm".

Maraqlıdır ki, Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Piter Karr da F. Gülənin ölkədən qaçıb-qaçmaması ilə bağlı sualı cavabsız qoyub: "Türkiyənin Ədliyyə Nazirliyi Gülənin ekstradisiyası ilə bağlı sənədi bizə təqdim edib və biz sənədin təhlili ilə məşğuluq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu