Yerevanda 160-dan çox adam saxlanılıb


Ermənistan polisi Yerevanda Xorenatsi küçəsində və Sari Tax rayonunda baş vermiş iğtişaşlar sonrası 165 nəfəri saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polisdən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 165 nəfərin bölməyə gətirildiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti iyulun 29-da axşam saatlarında Yerevanın Xorenatsi küçəsində və Sari Tax rayonunda baş vermiş iğtişaşlar sonrası paytaxtın beş tibb müəssisəsinə müxtəlif dərəcəli bədən xəsarəti almış 60 nəfərin müraciət etdiyini xəbər vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu