Ermənistanda partiya sədrinin müavini həbs olundu


Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini Armen Martirosyan həbs olunub.

Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub və bu gün onun barəsində cinayət işi başlanıb.

Hazırda müxalif siyasətçi müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, A. Martirosyan iyulun 17-də Yerevanda polis binasını ələ keçirən bir qrup silahlı şəxsə dəstək olaraq təşkil edilən etiraz aksiyasının təşkilatçılarından biridir.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu