İrəvanda yaraqlılar daha bir polisi öldürdü


Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, 30 yaşlı polis əməkdaşı yaraqlıların nəzarətində olan polkun ərazisindən açılan snayper atəşi ilə öldürülüb.

Bu, yaraqlılar tərəfindən öldürülən ikinci polis əməkdaşıdır. Onlar iyulun 17-də polkun binasına hücum edəndə bir polis polkovnikini öldürmüşdülər.

Hadisə yerində olan jurnalistlərin verdikləri xəbərlərə görə yaraqlılara verilən ultimatumun vaxtı başa çatsa da təhlükəsizlik qüvvələri hələlik onlara qarşı hücum əməliyyatına başlamağa tələsmir. Bununla belə polkun ətrafında xüsusi təyinatlı qüvvələr və yüngül zirehli texnika cəmləşdirilib, ehtimal edilir ki, yaraqlılara qarşı xüsusi əməliyyat axşam saatlarında keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu