Taliban lideri 50 terrorçu ilə birgə öldürüldü


Əfqanıstanın Fəryab əyalətində keçirilən hərbi əməliyyatlar nəticəsində 50-dən çox talibançı məhv edilib.

Axar.az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada hava hücumu nəticəsində terror təşkilatının bölgə lideri Molla Şah Qorinin 50 terrorçu ilə birlikdə öldürüldüyü bildirilib.

Hava hücumundan sonra keçirilən yerüstü əməliyyat nəticəsində də çoxlu sayda terrorçu ələ keçirilib.

Fəryab vilayəti Talibanın son vaxtlar ən aktiv olduğu bölgələrdən hesab olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu