ABŞ zirehli maşınlarının ilk partiyası Ukraynaya çatdı - FOTO


ABŞ tərəfindən Ukraynaya bağışlanan 230 ədəd zirehli HMMWV (“Humvee”) avtomobillərinin ilk partiyası Kiyevə çatdırılıb.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, 10 avtomobildən ibarət ilk partiyanı gətirən ABŞ hərbi nəqliyyat təyyarəsi bu gün Kiyevin “Borispol” hava limanına enib. Bu münasibətlə keçirilən rəsmi mərasimdə prezident Pyotr Poroşenko da iştirak edib.

P. Poroşenko qalan 220 zirehli avtomobilin 45 gün ərzində Ukraynaya çatdırılacağını söyləyib. O, Donbass münaqişəsinin həllində göstərdiyi yardımlara görə ABŞ-a təşəkkür edib. Dövlət başçısı bildirib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək.

Qeyd edək ki, ABŞ Ukraynaya pilotsuz uçuş aparatları, düşmən artilleriyasının və minaatanlarının yerini müəyyən edən radarlar və digər hərbi ləvazimatlar da göndərəcək.

[medium]http://afn.az/uploads/posts/2015-03/1427296553_absh-mashinlari-kiyevde.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu