İtaliyada zəlzələ qurbanlarının sayı 120-ə çatdı


Bu gün İtaliyada baş verən zəlzələ nəticəsində ən azı 120 nəfər həyatını itirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Matteo Rentsi məlumat verib.

"Ən azı 120 ölü var", - deyə baş nazir İtaliya televiziyası ilə canlı yayımlanan mətbuat konfransında bildirib.

Xatırladaq ki, İtaliyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə milli matəm günü elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu