Moskvada bank binasını ələ keçirən erməni sahibkar təslim olub


"Sitibank"ın Moskvanın Bolşaya Nikitinskaya küçəsində yerləşən şöbəsində 4 nəfəri girov götürən və özünü partladacağı ilə hədələyən şəxs təslim olub.

Bu barədə çərşənbə günü vəziyyətlə tanış olan mənbəyə istinadən "İnterfax" məlumat yayıb.

Agentlik həmsöhbətinin məlumatına görə, kişi saxta partlayıcı qurğunu polisə verib və ona qarşı yumşaq davranmalarını xahiş edib.

Çərşənbə günü axşam "Sitibank"ın şöbəsinə boynunda üzərində naqillər olan qutu bərkidilmiş kişi daxil olub. O özünü partladacağı ilə hədələyib. Həmin zaman bankda 4 nəfər olub. Daha sonra kişi bütün girovları azad edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bank şöbəsini müflis olmuş erməni sahibkar Aram Petrosyan ələ keçirib. Onun 4 il biznesi ilə bağlı problemləri və müvafiq olaraq borcu yaranıb. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu