PKK-nın önəmli fiquru öldü


PKK-nın Balkan ölkələri üzrə məsul şəxsi Məcid Gümüş ölüb.

Axar.az xəbər verir ki, 58 yaşlı terrorçubaşı avqustun 22-də İraqın Süleymaniyə şəhərində müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, PKK lideri təxminən 20 il axtarışda olub və uzun müddət Rusiyada saxta pasportla yaşayıb. Lakin sonradan Milli İstihbarat Təşkilatının (MİT) Rusiya kəşfiyyatına verdiyi kordinatlar nəticəsində həbs edilərək Türkiyəyə göndərilib.

2011-ci ildə Diyarbəkir 6-cı Ağır Cinayətlər Məhkəməsi PKK liderini 22 il 6 ay azadlıqdan məhrum edib. Lakin 2015-ci ildə səhhətində yaranan problemlərə görə sərbəst buraxılıb.

Ancaq Gümüş müalicə olmaq əvəzinə Qəndilə gedərək yenidən təşkilat sıralarına qoşulub.

Terrorçunun meyiti Qəndil dağında torpağa tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu