İŞİD Suriyada Türkiyə tankını vurdu


Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutublar, nəticədə üç hərbçi yaralanıb.

Bu barədə NTV kanalı Türkiyə Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, hücum Carablus şəhərindən qərbə, İŞİD-in nəzarətində olan ərazindən həyata keçirilib. Terrorçuların atdığı raketlərdən biri tanka dəyib. Yaralılardan biri Qaziantep xəstəxanasına göndərilib.

Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu