ABŞ Əsəddən üzr istədi- Gözlənilməz gediş


ABŞ Suriya ordusunun mövqelərinə aviazərbələr endirdiyi üçün prezident Bəşər Əsəddən üzr istəyib.

TASS xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Bəli, üzr istəyiblər”, - deyə Lavrov “Vesti v subbotu” verilişində “ABŞ Deyr-əz Zor-da aviazərbələrə görə Suriyadan üzr istəyiblərmi?” sualına cavab verərkən bildirib.

Qeyd edək ki, sentyabrın 17-da ABŞ-a məxsus qırıcılar Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD-lə döyüşən Əsəd qüvvələrini bombalayıb. Hava hücumu zamanı Suriya ordusundan 75 əsgər həlak olub, 100 nəfər yaralanıb.

Hadisədən sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) hücumun səhvən baş verdiyini açıqlayıb. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu