Papanın Gürcüstan səfəri başladı-


Roma Papası Fransiskin Gürcüstana səfər başlayıb.

AzVision.az gürcü KİV-nə istinadən xəbər verir ki, Papa bu ölkədə ölkədə siyasi və dini liderlərlə görüşlər keçirəcək.

Üçgünlük səfər çərçivəsində Papa Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Oktyabrın 1-də Fransisk Mixail Meshi adına stadionda dini ayin keçirəcək. Bundan sonra o, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu