Avropa Sarkisyana qarşı?- Babayan da Oskanyanla birləşir


“DQR"ın sabiq "ordu komandanı” Samvel Babayan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın yaratdığı “Birləşmə” partiyasını açıq şəkildə dəstəkləməyə başlayıb.

“Aykakan Jamanak” xəbər verir ki, Babayan adıçəkilən partiyaya nüfuzlu şəxsləri cəlb etmək üçün son günlər bir sıra görüşlər keçirr.

Qəzet yazır ki, Robert Koçaryanın dövründə xüsusi xidmət orqanının rəhbəri olan Karlos Petrosyan da sabiq xarici işlər nazirinin yaratdığı partiyanın lehinə iş aparır.

“Bizdə olan məlumata görə, Karlos Petrosyan etiraf edib ki, Oskanyan Avropa İttifaqının səfirləri ilə son görüşü zamanı onların Ermənistanda keçiriləcək seçkilərdə tələsik qiymətləndirmə verməməsi ilə bağlı razılığa gəlib. Oskanyanın iddiasına əsasən, Avropadan olan səfirlər seçkiqabağı proseslər zamanı müxalifətə dəstək verəcəklərinə dair söz veriblər”, - nəşr yazıb.(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu