Lavrov: “Türkləri Suriyada Rusiya vurmayıb”


Türkiyə hərbçilərinə Suriyada endirilən aviazərbənin Rusiya Hərbi Hava Qüvvələrinə heç bir aidiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, bu hücumu Suriya hökumət qüvvələri gerçəkləşdirib.

Qeyd edək ki, bundan öncə Suriyada 5 türk hərbçisi endirilən aviazərbələr nəticəsində həlak olub. Rəsmi Ankara hücumu Suriya hökumət qüvvələrinin gerçəkləşdirdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu