Yunanıstan Türkiyədən qaçmış hərbçiləri ekstradisiya etməyəcək


Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin aqibəti ilə bağlı qərar verib.

“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, məhkəmə bu hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Digər 5 nəfərlə bağlı qərar daha sonra veriləcək.

Türkiyənin müdafiə naziri Fikri İşık məsələyə münasibət bildirib. O, Yunanıstanı bu məsələdə müttəfiqlik mövqeyindən çıxış etməməkdə qınayıb.

Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi “Sikorsky” helikopteri ilə Yunanıstana qaçıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu