Çavuşoğlu Trampdan Güləni istədi

Xəbərin çap versiyası
Tarix: 9-01-2017, 15:30    |    Xəbər oxunub: 89 dəfə
Çavuşoğlu Trampdan Güləni istədi “ABŞ-dan iki əsas tələbimiz var. Birincisi, FETÖ-nun başçısı və digər rəhbərlərinin ekstradisiya edilməsidir. İkincisi də PKK-nın Suriya qolu olan YPG ilə əməkdaşlığa son verməsidir”.

AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə səfirlərinin 9-cu konfransında bildirib.

Türkiyənin bu iki haqlı tələbinin həyata keçirilməsinin Türkiyə-ABŞ münasibətlərinin gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən Çavuşoğlu vurğulayıb: “Türkiyə və ABŞ, çox geniş bir coğrafiyada müsbət təsirlər yarada biləcək qüdrətə və imkanlara malik strateji tərəfdaşdır. Bu iş birliyinin qayğı ilə qorunması lazım olduğuna inanırıq” deyib.

Nazir bildirib ki, rəsmi Ankara ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına ümidvardır: “Türkiyə ilə ABŞ strateji tərəfdaşdır. NATO-da əməkdaşlığımız bu strateji müttəfiqliyi daha da gücləndirir. ABŞ-ın yeni hakimiyyəti ilə anlaşılsa, ikitərəfli əlaqələr qarşılıqlı mənfəətlər əsasında inkişaf etdirilə bilər. ABŞ hakimiyyətinin əvvəlki illərdəki səhvləri təkrarlamayacağına inanırıq”.

Çavuşoğlu İraqdakı proseslərin Türkiyənin təhlükəsizliyi və rifahına birbaşa təsir göstərdiyini deyib: “İraqın tam bir siyasi sistemdə, əmin-amanlıq, təhlükəsizlik və sabitliyə qovuşmasını arzu edirik. Bu ölkənin İŞİD, PKK və digər terror təşkilatlarının yuvasına çevrilməsinə istəmirik. PKK-nın, İraqda illərdir işğal etdiyi sahələri genişləndirməsinə və Kanidlə bənzər bir sahə təsis etməsinə izləyici qalmayacağımızı bir daha buradan vurğulayıram”.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz