Türkiyə hərbçiləri İraqdakı bazadan çıxmayacaq

Xəbərin çap versiyası
Tarix: 9-01-2017, 18:30    |    Xəbər oxunub: 130 dəfə
Türkiyə hərbçiləri İraqdakı bazadan çıxmayacaq Türkiyə hərbçiləri İraqdakı Başika bazasından çıxmayacaq.

"Haber7" bildirir ki, bunu Türkiyənin Baş naziri Binali Yıldırım İraqa rəsmi səfərindən sonra deyib.

Onun sözlərinə görə, Başika İraq torpağıdır: "Deməli, həm də İraqın bazasıdır. Bu, hərbi düşərgənin İraqdakı hökumətdən asılı olmadığı demək deyil. Əlbəttə, oradakı Türkiyə hərbçiləri öz xidmətini davam etdirəcək. Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq”.

Türkiyənin Baş naziri Binali Yıldırım yanvarın 7-8-də İraqda rəsmi səfərdə olub. İraqın baş naziri Heydər əl-İbadi Türkiyənin Baş naziri B.Yıldırımla keçirdyi görüşün yekununa həsr olunan mətbuat konfransında bildirib: “Türkiyə hərbçilərinin Başikadan çıxması ilə bağlı İraqın istəyi əsasında razılıq əldə edilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur