ABŞ hərbi gəmisi İran katerlərinə atəş açıb


ABŞ hərbi gəmisi İran donanmasına məxsus 4 hərbi katerinə xəbərdarlıq atəşi açıb. Bu barədə “Reuters” agentliyi ABŞ hərbçilərinə istinadən məlumat yayıb.

Hörmüz boğazında baş verən insidentə səbəb İrana məxsus katerlərin yüksək sürətlə ABŞ hərbi gəmisinə yaxınlaşması olub.

Məlumatda bildirilir ki, ABŞ gəmisi “USS Mahan” əvvəlcə İran katerləri ilə rabitə əlaqəsi yaradaraq onlara xəbərdarlıq edib. Sonra ABŞ-a məxsus hərbi herlikopter İran katerlərinə tərəf duman işarəsi atıb. Lakin bu xəbərdarlıqlar nəticəsiz qalıb. İranlılar 800 metr məsafəyə qədər yaxınlaşdıqda ABŞ gəmisi onlara tərəf 3 xəbərdarlıq atəşi açıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu