Kreml ABŞ-ın Polşaya yerləşdirdiyi texnikanı ciddi "təhlükə" adlandırdı


Dmitri Peskov ABŞ-ın Polşada tank və zirehli tehnikanın dislokasiyasını Rusiya üçün ciddi təhlükə adlandırıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Polşada tank və zirehli tehnikanın dislokasiyasını Rusiya üçün ciddi təhlükə adlandırıb.

Bu barədə "TASS" agentliyi yazıb.

Onun sözlərinə görə, hər bir ölkə öz sərhədləri yaxınlığında digər bir ölkənin hərbi hüzurunu mənfi qarşılayacaq.

Həmçinin Peskov onu da vurğulayıb ki, qətiyyətlə ABŞ-ın Polşaya hərbçilər və zirehli texnikanın göndərməsi Rusiya maraqlarına ziddir və ölkənin təhlükəsizliyi risk altında atır.

Qeyd edək ki, bu gün Polşaya ABŞ-ın tank briqadasının gəlişi gözlənilir. (Faktxəbər)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu