Orduya 10 min FETÖ-çü göndəriləcək


Türkiyənin Müdafiə Nazirliyi FETÖ ilə əlaqədar olaraq aparılan araşdırmalar nəticəsində polis xidmətindən uzaqlaşdırılan 10 minə yaxın əməkdaşın arxa cəbhədə xidmət edəcəklərini bəyan edib. Qeyd olunub ki, ilkin mərhələdə 1 590 nəfər hərbi xidmətə qəbul ediləcək.

Müdafiə naziri Fikri Işık mediaya açıqlamasında bildirib ki, FETÖ üzvü olanlar arxa cəbhəyə göndəriləcək, onlara heç bir silah-sürsat verilməyəcək. Xidmətdən ayrılan polislər arasında hərbi xidmətdə olmayan, ümumilikdə 10 il polis fəaliyyəti ilə məşğul olmayanlar cəbhəyə göndəriləcək.

Qeyd edək ki, FETÖ-çü olmaqda təqsirləndirilən 25 min polis işindən azad edilib. Ölkənin təhlükəsizliyi üçün əsas qorxu mənbəyinə çevrilən FETÖ-çülərin hərbi xidmətə cəlb edilməsi görəsən hansı təhlükələr yarada bilər? Türkiyəni də hazırda bu sual düşündürür.(cebhe.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu