İstanbulda “Reina” terrorunda şübhəli bilinən iki nəfər saxlanılıb


Türkiyədə İstanbul terrorunu törədən şəxslə əlaqədə olduğu ehtimal edilən iki nəfər saxlanılıb. "Haberturk" xəbər verir ki, saxlanılanlar uyğur əsilli Çin vətəndaşı Ömər Asim və Abulezi Abduhamitidir.

Saxlanılanlar İstanbul məhkəməsinə gətirilib.

Qeyd edək ki, yeni il gecəsi İstanbulun Reina klubunda baş verən terror hadisəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu