Rusiya Ankaraya göndərməyə səfir tapa bilmir


Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov Karlovun qətlindən sonra Türkiyəyə yeni səfir təyin etməyin heç də asan olmadığını deyib.

AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, nazir müavini yeni səfirin təyinatı üzrə işlərin görüldüyünü diqqətə çatdırıb.

“Andrey Karlovun faciəvi şəkildə ölümündən sonra bu vəzifə üçün namizəd tapmaq asan deyil. Əlbəttə, Türkiyə bizim üçün çox önəmli ölkədir. Səfir vəzifəsi uzun müddət boş qala bilməz”,- deyə Aleksey Meşkov vurğulayıb.

Qeyd edək ki, 62 yaşlı səfir Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən qətlə yetirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu