Səudiyyə qadınları kişilərdən azadlıq tələb edirlər


Səudiyyə qadınları kişilərdən azadlıq tələb edirlər


“Twitter” istifadəçiləri Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində himayəçiliyi barədə qanunun ləğv edilməsinə dair kampaniyanı dəstəkləyiblər. Bu barədə “RİA Novosti” nəşri “Sputnik Arabic” agentliyinə istinadən xəbər verir.

Şəbəkə istifadəçiləri ingili dilində “#IamMyOwnGuardian” (“Mən özüm özümə qəyyumam”) və ərəb dilində “Səudiyyə qadınları 192 nömrəli qanunun ləğv olunmasını tələb edirlər” heşteqlərini paylaşırlar.

Qeyd edək ki, hazırki qanunlara əsasən, Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində “qəyyumluq” rolu var. Kişinin icazəsi olmadan, qadına avtomobil sürmək, ev kirayələmək, xaricə çıxmaq və məhkəməyə müraciət etmək qadağandır.

Beş il əvvəl ölkədə bu qanunun ləğv edilməsinə dair kampaniya başlanılıb. Ötən ilin sonunda 21 yaşdan yuxarı olan qadınların “sərbəst şəxsiyyət” qismində tanınması ilə bağlı petisiya 14 mindən çox imza toplamışdır. Lakin krallıq hakimiyyəti bu təşəbbüsü rədd etmişdir.

“Belə alınır ki, qadın olmaq üzü özlüyündə bir günahdır”, - Amna adlı kampaniya iştirakçısı etiraz edir.

Bəzi fəallar qanunun mövcudluğu üçün səbəbi istehza edirlər. Maha Abdulla Səudiyyə qanunlarından belə bir nümunə gətirib:

“Qadın həyat təcrübəsinin az olması səbəbindən kişinin tabeçiliyindədir”.

“Qızlar, mübahisə etməyin, cavab budur”, - o ironiya ilə yazır. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu