Türkiyənin baş konsulluğuna hücum olub




Türkiyənin Sürix şəhərindəki baş konsulluğu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

“Reuters”-in məlumatına görə, naməlum şəxslər konsulluğu fişənglərdən atəşə tutub. İnsident nəticəsində binanın fasadına ziyan dəyib, şüşələri qırılıb.

Hadisə zamanı zərərçəkən olmayıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. İsveçrə polisi faktla bağlı araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu