AKP-nin binası da qumbaraatandan atəşə tutuldu




İstanbulda naməlum şəxslər AKP-nin binasını qumbaratan ilə atəşə tutblar.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Ədalət və İnkişaf Partiyasının” (AKP) binası qumbaraatandan atəşə tutulub.

Son məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar yoxdur.

Məlumatlarda o da bildirilir ki, divara saplanmış şəkildə qalan qumbaranın zərərsizləşdirilməsi üçün əraziyə bomba zərərsizləşdirmə mütəxəsissləri cəlb edilib.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl İstanbulda təhlükəsizlik idarəsin naməlum şəxslər tərəfindən qumbaraatandan atəşə tutub.

Hadisə nəticəsində zərərçəkən olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu