İŞİD Mosuldan qaçmağa çalışan 45 dinc sakini güllələdi




İŞİD terror qruplaşmasının döyüşçüləri bir həftə ərzində İraqın Mosul şəhərinin qərb hissəsini tərk etməyə çalışan 45 dinc sakini güllələyiblər.

Trend xəbər verir ki, hazırda İŞİD gəncləri sıralarına cəlb etməyə çalışır. Lakin bir çoxları terror qruplaşmasına qoşulmaqdan imtina edərək qaçmağa cəhd edirlər.

BMT-nin məlumatına əsasən, Mosulun İŞİD-in tam nəzarətində olan qərb hissəsində 750-800 min nəfər dinc sakin var.

Qeyd edək ki, İraq hərbçiləri artıq 77 gündür şəhərin qərb hissəsini mühasirədə saxlayırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu