Ermənistan Belarusa rəsmi səfərləri ləğv edib




Ermənistan polisinin rəis müavini Vardan Yegiazaryanın Belarusa səfəri ləğv olunub.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Məlumatda əlavə olunub ki, Ermənistan baş naziri Karen Karapetyanın Vardan Yegiazaryanın Belarusa ezam edilməsi barədə qərarı ləğv edilib.

Vardan Yegiazaryan martın 2-5 tarixlərində Minskdə Belarus milisinin yaradılmasının 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəkdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu