Putin Ərdoğana zəng etdi- Liderlər nədən danışdılar?




Bu gün Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, prezidentlər Suriya probleminin əsas aspektləri üzrə beynəlxalq terrorizmlə birgə mübarizə kontekstində fikir mübadiləsi aparıblar. Bundan başqa, ticarət-iqtisadi və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Putin telefon danışığı zamanı Əl-Babda bir neçə türk əsgərinin həlak olduğu faciəli insidentlə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu