Əfqanıstanda yaralanmış BƏƏ səfiri ölüb




Bir ay əvvəl Əfqanıstanın Qəndahar şəhərində törədilən terror aktı zamanı xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfiri Cuma əl-Kaabi ölüb.

Bu barədə “Khaama Press” Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə yanvarın 11-də Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, onun BƏƏ səfiri ilə görüşü zamanı törədilib. Hadisə nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən 5-i BƏƏ vətəndaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu