Erməni hərbçilər dərəyə yuvarlandı- Ölən və yaralılar var




Ermənistanda döyüş mövqelərinə aparan yolu təmizləyən buldozer dərəyə yuvarlanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərb hissəyə məxsus buldozerdə 3 hərbçi olub. Müqavilə əsasında xidmət edən hərbçilər Qareqin Hakop Minasyan, Armen Mixayel Puxan və Vruyr Firdusi Nersisyan hadisə nəticəsində ağır xəsarət alıb.

Qareqin Hakop Minasyan hospitala aparılarkən yolda ölüb. Digər yaralılar hərbi hospitala yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu