Oskanyanın oğlu və qardaşıoğlu həbs edildi




Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyan və qardaşıoğlu A. Seradaryan cinayət əməlinin törədilməsində şübhəli bilinərək saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq komitəsinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, onların həbsi Ermənistan vətəndaşı N. Berberyanın müraciəti əsasında baş tutub.

Bildirilib ki, cari ilin 16 fevral tarixində saat 17:00 radələrində Leninqradyan küçəsində yerləşən “Roberto” mağazasının yanında zəzərçəkmiş şəxsi zor tətbiq edərək avtomobilə əyləşdirərək Abovyan şəhərinə aparıblar. Hər iki şəxs N. Berberyanın sərbəst hərəkətini qanunsuz olaraq əlindən alıb və onu hədələyərək 1,5 mln. dram məbləğində borcu qaytarmaqlarını tələb ediblər:

“Fevralın 17-də Oskanyan və Seradaryan cinayət əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Sonuncular ifadə verməkdən imtina ediblər. Hadisənin bütün hallarının araşdırılması üçün zəruri istintaq tədbirləri aparılır”.

Qeyd edək ki, saxlanılan 33 yaşlı Ara Oskanyan “Birlik” partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu