KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik rəhbərini öldürüb




İŞİD terror qruplaşmasının təhlükəsizlik rəhbəri çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, "As-Sumariya" telekanalının məlumatına görə, Əbu Abdalla adlı silahlı səhər saatlarında aeroportun əsas girişində iki köməkçisi ilə birlikdə qətlə yetirilib.

Terrorçulara havadan pilotsuz uçan aparat zərbə endirib.

Qeyd edək ki, beynəlxalq hava limanı hələ də terrorçular tərəfindən idarə olunan Mosulun qərb hissəsində yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu