Ruslar daxili pasportla Ermənistana gedəcəklər




Rusiya vətəndaşları fevralın 23-dən etibarən daxili pasportla Ermənistana səfər edə biləcəklər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla birgə Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

“Sabahdan etibarən vizasız səfərlər razılaşması qüvvəyə minir. Bununla da müvafiq olaraq Rusiya vətəndaşları daxili pasportlar hesabına Ermənistana səfər edə biləcəklər”, - deyə Lavrov vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu