Pelenin oğlu həbs edilib- 13 il




Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.

Edinyo narkotacirlərdən alınmış “çirkli pullar”ın yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib.

"Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər", - deyə o bildirib.

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur "Santos" klubunda çıxış edib. Onun atası Pele də məhz "Santos"da məşhurlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu