Parisdə minlərlə insan polis zorakılığına etiraz etdi




Parisdə minlərlə insan polis zorakılığına etiraz əlaməti olaraq küçələrə çıxıb.



"Frans Press" xəbər verir ki, nümayişçilər "Ədalət və ləyaqət, polisin cəzasızlığını dayandırın!", "Hər yer polisdir, ədalət isə yoxdur!", "Ədalət yoxdursa, dinclik də yoxdur!" və s. kimi şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində polisin qurbanı olduğu ehtimal edilən 13 nəfərin portretini tutublar.

Mitinqdə hər hansı insidentin baş verdiyi barədə məlumat yoxdur. Qeyd olunur ki, bu nümayiş polis özbaşnalığının qurbanı olanların qohumlarının təşəbbüsü ilə keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu