Prezident öz qızına müstəsna səlahiyyətlər verdi




Ağ Evdə ABŞ prezidenti Donald Trampın böyük qızı İvankanın iş otağı olacaq. Lakin prezidentin 35 yaşlı qızı onun administrasiyasında hansısa vəzifəni tutmayacaq.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qızı faktiki olaraq Donald Trampın müşaviri səlahiyyətlərini icra edəcək.

İvanka Trampın dünya liderləri ilə keçirilən görüşlərində də iştirak edir.

İvankanın vəkilinin sözlərinə görə, prezidentin qızının Ağ Evdə olması Amerika qanunvericiliynə zidd deyil. Məvacib almayan İvankanın hansısa rəsmi vəzifəsi yoxdur və o, könüllü olaraq müşavir səlahiyyətlərini yerinə yetirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu