Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib




Onlar Norveçdə ünvanı gizli saxlanılan yerdə yaşayacaqlar[b][/b]

Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu qərarla onlar Norveçdə yaşaya və işləyə biləcəklər.
Məlumata görə, Fətullahçı Terror Təşkilatının (FETÖ) ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra NATO-da xidmət edən 4 türk zabiti və 1 hərbi attaşe sığınacaq almaq üçün Norveç hökumətinə müraciət edib. Norveçin Miqrasiya Xidməti onların müraciətinə müsbət cavab verib.
Zabitlərin və hərbi attaşenin vəkili Kjell M. Brygfjeld Norveçin sığınacaq müraciətinə müsbət cavab veridiyini təsdiqləyib.
Ailə üzvlərinin də sığınacaq almaq müraciəti qəbul olunan NATO zabitləri və attaşe Norveçdə ünvanı gizli saxlanılan yerdə yaşayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu