Ermənistanda hərbi hissə komandiri həbs edildi




Ermənistanın Şirak vilayətində yerləşən “N” saylı hərbi hissədə oğurluq olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanacaq oğurluğunda 6 nəfər, o cümlədən hərbi hissə komandiri ittiham olunur.
İstintaq komitəsinin yaydığı məlumata görə, 2016-cı ilin may-avqust aylarında Ermənistanın Müdafiə Nazirliyinə məxsus hərbi hissədə böyük miqdarda yanacaq mənimsənilib.

Əldə edilmiş dəlillərə görə, oğurlanmış yanacaq Gümrüdə fəaliyyət göstərən yanacaq doldurma məntəqəsində satılırmış.

Faktla bağlı hərbi hissə komandiri polkovnik-leytenent M.Aleksanyan, anbar rəisi A. Yayloyan, fərdi sahibkar M.Qalstyan, sürücü və satıcıya qarşı cinayət işi açılıb.

İstintaq başa çatıb və iş məhkəməyə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu