Böyük Britaniyada partlayış




Böyük Britaniyanın Mersisayd qraflığındakı yaşayış binalarından birində əvvəl partlayış, daha sonra isə yanğın baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ilkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Partlayışın baş verdiyi bina tamamilə dağılıb. Son məlumata görə, 32 nəfər yaralanıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənlərin hamısı yaxınlıqdakı Çin restoranının müştəriləri olublar.

Ətrafdakı digər binalara da ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürən, polis və həkim briqadaları cəlb edilib.

Hadisənin səbəbləri dəqiqləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu